Spikerlə deputat arasında “danışmaqxana” POLEMİKASI - "Etikadan istifadə edin"

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında çıxış vaxtı ilə bağlı fikir ayrılığı yaranıb.

Nov 17, 2026 - 13:24
Spikerlə deputat arasında “danışmaqxana” POLEMİKASI - "Etikadan istifadə edin"

SAVASHMEDİA.az xəbər verir ki, Səyyad Aran çıxışında deputatlara ayrılan danışıq müddətinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etiraz edib. Deputat bildirib ki, hər bir parlament üzvü çıxış etmək üçün ayrılan vaxtdan istədiyi kimi istifadə edə bilməlidir:

“Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoyulmamalıdır”.

 Spiker Sahibə Qafarova isə deputatın işlətdiyi “danışmaqxana” sözünə irad bildirib:

“Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin”.

Sədr həmçinin çıxış müddətinin 5 dəqiqəyə endirilməsi təklifinin müzakirəyə çıxarıldığını və səsvermə nəticəsində qəbul edildiyini xatırladıb. Deputatların isə istədikləri qədər danışa biləcəklərini qeyd edib.

Banu

Milli Məclisdə