Prezidentin Berlində rəsmi qarşılanma mərasimi oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verib.
Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.