Tramp finaldakı mübahisəli andan DANIŞDI - "Məni İnfantino saxladı, dedi ki..."  + VİDEO

ABŞ prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatının finalındakı davranışları ilə bağlı tənqidlərə ilk dəfə ətraflı münasibət bildirib.

Jul 21, 2026 - 14:39
Tramp finaldakı mübahisəli andan DANIŞDI - "Məni İnfantino saxladı, dedi ki..."  + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Tramp mükafatlandırma mərasimində səhnəni dərhal tərk etməməsinin qəsdən olmadığını deyib.

"Məni podiumda Canni İnfantino saxladı. O, birlikdə qalmağımızı və kuboku təqdim etməyimizi istəyirdi. Mən səhnədə ona görə qaldım. Kuboku təqdim etdim və futbolçuları təbrik etdim. Heç kimin bayramını oğurlamaq istəmirdim", - ABŞ prezidenti bildirib.

Xatırladaq ki, finaldan sonra İspaniya millisinin Dünya Kubokunu qaldırdığı an Donald Trampın səhnədə qalması tənqidlərə səbəb olmuşdu. Yayılan görüntülərdə Canni İnfantinonun Trampı səhnədən uzaqlaşdırmağa çalışdığı, ABŞ prezidentinin isə futbolçuların sevincini arxa planda izləməyə davam etdiyi görünürdü.

Oğuz