Yasamal RİH rəsmisinin ölkədən çıxışına qadağa - 1,7 milyon borcu var

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin milyonlarla vergi borcu yaranıb. 

Mar 20, 2025 - 17:15
Yasamal RİH rəsmisinin ölkədən çıxışına qadağa - 1,7 milyon borcu var

SAVASHMEDİA.az valyuta.az-a istinadən bildirir ki, birliyin direktoru Hüseynov Vüsal Fazil oğlu olan qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 1759013.76 manat vergi borcu var.

Əldə etdiyimiz məlumata görə, V.hüseynovun sözügedən vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

Fotoda Vüsal Hüseynov