"Emanuel, indi danışa bilmirəm, sənə zəng edəcəyəm" - Zelenski Makronu gözlətdi

Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı ona zəng etmiş Fransa prezidentindən gözləməsini xahiş edib.

Mar 20, 2025 - 16:55
Mar 20, 2025 - 16:56
"Emanuel, indi danışa bilmirəm, sənə zəng edəcəyəm" - Zelenski Makronu gözlətdi

SAVASHMEDİA.az xəbər verir ki, jurnalistlər qarşısında telefonu açan Zelenski fransalı həmkarına ingisicə bunları deyib? 

“Bağışlayın, Emmanuel, mən indi jurnalistlərlə danışıram. 15-20 dəqiqədən sonra zəng edə bilərəmmi? Bəli zəhmət olmasa. Təşəkkür edirəm, Emmanuel...” .

Ukrayna prezidenti telefonu bağlayanda jurnalistlərə Makronla indicə danışdığını və onların bir-birlərinə tez-tez zəng etdiklərini əlavə edib. 

Ukrayna prezidenti bildirib ki, Kiyev və Paris arasında yaxın münasibətlər var və fransalı həmkarı ona çox kömək edir: 

"Mən buna görə ona minnətdaram və söhbətimizdən sonra ona zəng edəcəm".

Oğuz