"Şərt deyil ki, İslamabadda görüşək, telefonla da danışa bilərik" - Tramp
ABŞ ilə İran arasında gərginlik davam etsə də, tərəflər hələlik hərbi mərhələyə qayıtmağa tələsmir.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İslamabadda planlaşdırılan görüşün ləğvinin yeni hərbi əməliyyatların başlanması demək olmadığını bildirib.
Trampın sözlərinə görə, Vaşinqton İrana qarşı hərbi addımları hələ gündəmə gətirməyib və danışıqlar üçün alternativ yollar qalır. O vurğulayıb ki, bəzi hallarda üz-üzə görüşlərə ehtiyac yoxdur və müzakirələr telefon vasitəsilə də aparıla bilər.
Bu açıqlama ABŞ nümayəndələrinin - Stiv Uitkoff və Cared Kuşnerin İslamabada səfərinin ləğvi fonunda verilib.
İran isə hələ də ABŞ-yə ehtiyatla yanaşır. Xarici işlər naziri Abbas Araqçı bildirib ki, Tehran Vaşinqtonun diplomatik həllə nə dərəcədə hazır olduğunu görmək istəyir. O, əsas məqsədin İrana qarşı hücumların tam dayandırılması üçün şərtlərin müəyyənləşdirilməsi olduğunu qeyd edib.
"Tərəflər arasında dialoq davam etsə də, qarşılıqlı etimadsızlıq hələ də qalır və bu da yaxın vaxtda konkret razılaşmanın əldə olunmasını çətinləşdirir".
Səlcuq