“Ayaqqabımızı cütləyən adam idi, dərinə getsə, videolarını... – Mehdiyevin kürəkəni sabiq deputatı İFŞA ETDİ

Ötən həftə Ramiz Mehdiyevin komandası ilə sıx əlaqələri olan şəxslərlə bağlı araşdırma təqdim edilib.

Oct 27, 2025 - 11:55
Oct 27, 2025 - 11:56
“Ayaqqabımızı cütləyən adam idi, dərinə getsə, videolarını... – Mehdiyevin kürəkəni sabiq deputatı İFŞA ETDİ

Həmin yazıda keçmiş deputat, iş adamı Əsabil Qasımovun da R.Mehdiyevin "krişalığı"nda olduğu iddia olunub. Məsələ ilə bağlı oxu24.com saytına açıqlama verən Əsabil Qasımov Mehdiyevləri düşmən adlandırıb və onlarla əlaqələrinin olmasını təkzib edib.

SAVASHMEDİA.az xəbər  verir ki, məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev CityPost.az saytına açıqlama verib.

 "O, bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabımızı cütləyən adam olub. Mən Prokurorluq orqanlarında və digər dövlət strukturlarında çalışmışam, deputat olmuşam. Bu tip adamların nəyə qadir olduğunu yaxşı bilirik. Əsabil şahmat  oyunundakı piyada əsgər kimi bir şeydir. Onunla düşmənçilik etməyi özümə rəva bilmərəm. Bu gün onun haqqında daha çox bəhs etmək, onu şərəfləndirmək kimi şey olar. Elə etməsin ki, açım sandığı, töküm pambığı... Bir qədər də dərinə getsə, vaxtı ilə yaltaqcasına bizim məclisdə oturub, şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb, onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdıraram”, - o bildirib.

Fotoda: Əsabil Qasımov