İlham Əliyevin qaldığı otelə daxil olmaq istədilər - ABŞ-dəki təxribatın VİDEOSU

Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.

Feb 19, 2026 - 23:49
Feb 20, 2026 - 00:03
İlham Əliyevin qaldığı otelə daxil olmaq istədilər - ABŞ-dəki təxribatın VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər. 

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar. (qafqazinfo)