Azərbaycan Qəzzaya 7 milyard ayırırmı? - Hikmət Hacıyev mövzuya nöqtə qoydu
“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir”.
SAVASHMEDİA.az verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” paylaşım edib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Qəzza ilə bağlı investisiya layihələrində Sülh Şurası vasitəsilə iştirak etməyi nəzərdən keçirə bilər:
“Lakin bir məqamı aydınlaşdırmaq istərdim. Azərbaycan bu gün Şuranın iclası zamanı elan edilən Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi planlaşdırmır”.
Qeyd edək ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb. Bu siyahıda Azərbaycanın da adını çəkmişdi.
Oğuz