Tramp dünyanı intizarda saxlayıb - Bakı vaxtı ilə saat 22:00-da nə deyəcək?

ABŞ prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 22:00-da  "möhtəşəm açıqlama" ilə çıxış edəcəyini elan edib. 

Sep 2, 2025 - 19:01
Tramp dünyanı intizarda saxlayıb - Bakı vaxtı ilə saat 22:00-da nə deyəcək?

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidentinin hansı açıqlama ilə çıxış edə biləcəyi dünya mediasında ciddi müzakirə olunmaqdadır.

Bəziləri onun səhhəti ilə bağlı istefa verəcəyi ehtimalını səsləndirsə də, bu ağlabatan görünmür.

Digər versiya kimi isə onun Rusiyaya verdiyi iki həftəlik müddətin bitməsi səbəbindən açıqlamanın Rusiya-Ukrayna müharibəsinə dair olacağı yönündədir.

Çıxışda Rusiyaya qarşı sanksiyalar mövzusuna da toxunula bilər.

Bəyanatın ABŞ müdafiə departamentinin 1947-ci ilə qədər daşıdığı tarixi adına - Müharibə Departamentinə qaytarılması ilə bağlı ola biləcəyi də istisna edilmir. Xatırladaq ki, Tramp əvvəllər belə bir fikir bildirmişdi.

Oğuz