"Bağışlayın, amma bu səhv deyil, belə səhv olmur" - Zelenski Trampa qəzəbləndi
“Bunu səhv adlandırmaq olmaz. Bağışlayın, bu qətldir”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezidenti Volodimir Zelenski brifinqdə Rusiyanın Sumı şəhərinə raket zərbəsi ilə bağlı Trampın açıqlamasını şərh edərkən söyləyib.
Ukrayna prezidenti bildirib ki, ABŞ dövlət katibi Marko Rubio Rusiya işğalçılarının Axır Bazar Günü 35 nəfərin ölümü ilə nəticələnən hücumunu pisləyib, amma ABŞ prezident administrasiyasının reaksiyası daha yumşaq olub.
Zelenski hesab edir ki, bu, Amerika administrasiyasının yanaşmasına sübutdur: guya müharibəni bitirmək üçün məhz belə diplomatiya işləyəcək.
Bu məqamda Zelenski amerikalı həmkarı Donald Trampın rusların bu hücum zamanı “səhv etdikləri” sözlərini ayrıca şərh edib.
“Rusiyalıların bu xüsusi əməliyyatını səhv adlandırmaq olmaz. Bağışlayın, bu qətldir. Və bu zərbə bura, Sumının mərkəzinə gəlirdi. O cəbhəyə getmirdi. Bir də ki, “mən cəbhəni vururam, amma bu, səhvdir” kimi hekayələr danışmaq... Bağışlayın, şəhərin mərkəzini raketlə – özü də biri ilə deyil – vuranda biz haqq qazandıra bilmirik. Birdən çoxdursa, artıq səhv deyil”, - Zelenski əlavə edib.
Xatirə SADİQ