“ABŞ-nin böyük dostuyam, amma…” - Ursula fon der Lyayen

“Tanıdığımız Qərb daha mövcud deyil”.

Apr 18, 2025 - 13:56
“ABŞ-nin böyük dostuyam, amma…” - Ursula fon der Lyayen

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Almaniyanın “Die Zeit” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa özünün qabaqcadan güman edilməsi və etibarlılığı ilə tanınır: “Bu, yenidən çox dəyərli bir şey kimi qəbul olunmağa başlayır”.

“Açıqlamalarının Avropanın nəhayət ABŞ ilə vidalaşdığını ifadə edib-etməməsi” haqqında suala  cavabında fon der Lyayen deyib ki, Amerika Birləşmiş Ştatlarının böyük dostu və əqidəli atlantikçidir.

“Mən möhkəm inanıram ki, amerikalılar və avropalılar arasında dostluq qalır. Lakin yeni reallıq bir çox başqa ölkələrin də bizə yaxınlaşmağa can atdığı faktını da əlavə edir”, - deyə Avropa Komissiyasının prezidenti vurğulayıb. 

Xatirə SADİQ