Moldova özünü ləğv edir, bu ölkəyə birləşəcək - Sandudan AÇIQLAMA

Moldova Prezidenti Maya Sandu respublikanı buraxmaq istəyir.

Jan 12, 2026 - 20:55
Moldova özünü ləğv edir, bu ölkəyə birləşəcək - Sandudan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, M.Sandu bunu özü açıqlayıb.

Moldova prezidenti bildirib ki, ölkəsinin Rumıniyaya birləşməsinə səs verəcək:

“Ölkəni idarə etmək çətindir. Rumıniyaya birləşmək Rusiyaya qarşı müqavimət göstərməyi də asanlaşdıracaq”.

Qeyd edək ki, Bessarabiya (indiki Moldovanın böyük hissəsi) 1918-ci ildə Rumıniya ilə birləşib. 1940-cı ildə Sovet İttifaqı Rumıniyaya ultimatum verərək Bessarabiyanı işğal edib və Moldova SSR-i yaradıb. 1991-ci ildə isə Moldova SSRİ-dən ayrılaraq müstəqil dövlət olub.

Banu