Suriya prezidentinin həbsxana görüntüləri yayıldı - FOTOLAR

Suriya Prezidenti Əhməd əl Şaraanın (Colani) həbsxanadan görüntüləri yayılıb.

Apr 18, 2025 - 14:28
Suriya prezidentinin həbsxana görüntüləri yayıldı - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, fotolar ABŞ-nin İraqı işğal etdikdən sonrakı dövrə aiddir.

Həmin vaxt ABŞ-yə qarşı mübarizə aparan Şaraa “Taci” həbsxanasına atılıb. Şəkillər dünya mediasında maraqla qarşılanıb.

Qeyd edək ki,  bir müddət əvvəl məşhur “Time” jurnalı “Dünyanın ən nüfuzlu 100 adamı” siyahısının “Liderlər” kateqoriyasına Əhməd Əl Şaraanı da əlavə edib.

Xatırladaq ki, Əhməd əl Şaraanın başçılıq etdiyi müxaliflər 2024-cü ildə paytaxt Dəməşqi ələ keçirdikdən sonra 61 illik Bəəs rejimi devrildi və Bəşər Əsəd Rusiyaya qaçdı. Şaraa isə 29 yanvar 2025-ci ildə Suriyanın keçid dövrü prezidenti seçildi. 

Banu

Əhməd əl Şaraanın həbsxana fotoları