"İmamoğlu azad edilməsə, bizdən bunu ala bilməyəcəksiniz" - Almaniyadan Ankaraya şərt  

Almaniya hökuməti Türkiyəyə 40 ədəd “Eurofighter” qırıcı təyyarəsinin satılmasına veto qoyub.

Apr 18, 2025 - 14:53
"İmamoğlu azad edilməsə, bizdən bunu ala bilməyəcəksiniz" - Almaniyadan Ankaraya şərt  

SAVASHMEDİA.az xəbər verir ki, Olaf Şolts hökuməti vəzifə müddətinin bitməsinə 15 gün qalmış belə bir qərar verib.

Almaniyanın “Handelsblatt” qəzetinin hökumətdəki mənbədən aldığı məlumata görə, bu qərarın əsas səbəbi İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsidir.

Mənbə həmçinin alman hökumətinin Ə.İmamoğlunun həbsini “Türkiyə demokratiyasına hücum” kimi qiymətləndirdiyini qeyd edib və bildirib ki, veto Əkrəm İmamoğlu həbsdən azad olununcaya qədər qüvvədə olacaq.

Banu

Eurofighter qırıcı təyyarəsi