CHP İmamoğludan imtina edir - Namizəd Mansur Yavaş olacaq 

Türkiyənin müxalif İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu qatıldığı verilişdə müxalifətin prezident seçkilərində vahid namizədlə iştirak etməsi ilə bağlı təklifi səsləndirib.

Aug 8, 2025 - 12:53
CHP İmamoğludan imtina edir - Namizəd Mansur Yavaş olacaq 

O, “seçkilərdən əvvəl sistem dəyişməyəcəksə, bu sistemdən qurtulmaq üçün simvol, ritorika və hərəkətdə birləşməliyik" deyib.

SAVASHMEDİA.az xəbər verir ki, CHP sədri Özgür Özel Musavat Dərvişoğlunun təklifini yüksək qiymətləndirib.

“Müsavat başqan dünən çox gözəl açıqlamalar verdi. Bütün müxalif liderlərə səslənirəm. Bu rejimin dəyişməsi üçün, yenidən demokratiya üçün birgə, çiyin-çiyinə yeriməliyik” – Özəl bildirib.

İYİ Partiyasının rəsmiləri isə seçki təqviminin dəqiqləşəcəyi ana qədər namizədlik müzakirələrini dayandırmağın müxalifət üçün çox faydalı olacağını qeyd ediblər. 

İYİ Partiyasından olan yüksək rütbəli bir rəsmi isə Müsavat Dərvişoğlunun ortaq namizəd deyərkən Mansur Yavaşı nəzərdə tutduğunu bildirib. Dərvişoğlunun bu açıqlama ilə Özgür Özelə “Mansur Yavaşın namizədliyini versəniz, dəstəkləyəcəyik” mesajını verdiyini vurğulayıb.

Banu