Ermənistan imzalanacaq sülh sazişinin detallarını açıqladı - TƏFƏRRÜAT
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ağ Evdə üçtərəfli görüşdən öncə ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Məlumata görə, Tramp-Paşinyan görüşündə enerji, süni intellekt və “Dünyanın kəsişməsi” ilə bağlı sənədlərin imzalanması planlaşdırılır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Vaşinqtonun vasitəçiliyi ilə müzakirə olunub-olunmayacağına gəlincə, görüşün yekunlarına dair sənədin imzalanacağı gözlənilir.
Ermənistan İctimai Televiziyası iddia edib ki, dəhliz məsələsi qapanır. “Dəhliz yoxdur, açılan yollar var, Ermənistan Respublikasının blokadası açılır. Ermənistan və Azərbaycan bir-birinin yollarından bərabər şərtlərlə, bir-birinin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində istifadə edəcəklər. Ermənistan xarici aləmə - Çin, Mərkəzi Asiya və Rusiya tərəfə dəmir qolunu açacaq”, - deyə telekanal iddia edib.
Ermənistan ərazisindən keçən infrastrukturlar bu respublikasının suverenliyi altında olacaq.
“ABŞ prezidentinin hüzurunda sülh sazişi paraflanacaq, tərəflər ABŞ prezidentinin hüzurunda Ermənistan SSR və Azərbaycan SSR ərazilərinin müstəqil Ermənistan və müstəqil Azərbaycanın əraziləri ilə eyni olması faktına əsaslanaraq indi və gələcəkdə sülhə əməl etmək, qisas almağı istisna etmək və bir-birindən ərazilərin ələ keçirilməsi təcrübbəsindən imtina etməyi öhdələrinə götürəcəklər. Bu şəraitdə ATƏT-in Minsk qrupunun mövcudluğu nəinki mənasız olacaq, həm də tərəflərin səmimiliyini şübhə altında qoya bilər. Ona görə də tərəflər birlikdə Minsk Qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət edəcəklər. Beləliklə, Ermənistan və Azərbaycan arasında faktiki sülh qurulucaq”, - deyə məlumatda bildirilir.
Ekspertlərin fikrincə, Vaşinqtonda qeydə alınacaq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidi. Bunun üçün məsuliyyəti ABŞ prezidenti də öz üzərinə götürəcək.
Xatirə SADİQ