Mansur Yavaş Kılıçdaroğlunun təklifini rədd edib - "İmamoğlunun indiki vəziyyətində olmaz"
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Silivridə həbsxanada olan məşhur jurnalist Fatih Altaylını ziyarət edib.
SAVASHMEDİA.az xəbər verir ki, M.Yavaş ziyarət əsnasında Fatih Altaylının suallarını da cavablandırıb.
Fatih Altaylı ilk olaraq Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə CHP sədrliyinə dönəcəyi təqdirdə Mansur Yavaşı prezidentliyə namizəd elan edəcəyi barədə yayılan iddialarla bağlı soruşub:
“Kamal bəyin özü deyil, ətrafındakılardan belə fikirlər səsləndirənlər vardı. Mən isə onlara qəti olaraq bildirdim ki, belə bir təklifi qəbul etmərəm, hətta partiyadan istefa verərəm”.
“Bəs prezidentliyə namizəd olacaqsınızmı?” sualına Mansur Yavaş “Əkrəm İmamoğlu bu vəziyyətdə ikən mənim namizəd olmaqdan danışmağım ayıbdır və tərbiyəsizlik olar. Heç vaxt belə bir şey etmərəm. Bu dəqiqə partiyamızın, hamımızın namizədi Əkrəm İmamoğludur. Ancaq bizdən kimin prezident olmasının fərqi yoxdur. Bu işin məni, səni yoxdur. Önəmli olan qurtulmaqdır. Övladlarımız, nəvələrimiz, gənclərimiz üçün qurtulmalıyıq. Biz hal-hazırda cümhuriyyətin quruluş tarixinə “qanlı çevriliş”, “100 illik əzab” deyən zehniyyətlə qarşı-qarşıyayıq. Bu zehniyyətdən qurtulmalıyıq. Kimin bizi xilas etməsinin fərqi yoxdur. Əkrəm İmamoğlu ola bilər, Özgür Özəl parıldayır. O olar. Mən ola bilərəm” cavabını verib.
Sonda isə F.Altaylı Mansur Yavaşa “namizədliklə bağlı açıqlamalarınız prezident olmaq istəməmənizlə əlaqələndirilib populyarlığınızı aşağı sala bilərmi? sualını verib:
“Vallah, mən sorğu keçirməmişəm. Ancaq “Metropol”un sorğusunu gördüm. “Metropol”un sahibi məni sevmir. Heç mən də onu sevmirəm. Amma o sorğuda mənə 60% dəstək vardı. Əkrəm bəy məndən bir az aşağı faiz alıb. Lakin ikimiz də Rəcəb Tayyib Ərdoğandan böyük fərqlə öndəyik. Ancaq yenə də təkrarlayıram, Əkrəm başqan həbsdə ikən mən bu məsələlərdən danışmaq istəmirəm”.
Banu