“Tramp öz yalanları ilə ABŞ-nin nufuzuna zərbə vurur” - “Financial Times”

Tramp administrasiyasının Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı yalanları ABŞ-nin dünyadakı mövqeyinə böyük zərbə vurur.

Apr 18, 2025 - 15:44
“Tramp öz yalanları ilə ABŞ-nin nufuzuna zərbə vurur” - “Financial Times”

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Financial Times” nəşrindəki köşə yazısında britaniyalı jurnalist Alek Rassel vurğulayıb. 

“Bu, təkcə Ukrayna üçün ədəb və ədalətə aid deyil. Bu, həm də Amerikanın dünyada tutduğu yerə aiddir. Ənənəvi müttəfiqləri arasında ona inam günbəgün əriyir. Cənub-Şərqi Asiya məmurları açıq şəkildə soruşurlar ki, bunu nə vaxtsa geri qaytarmaq olacaqmı? Avropalı məmurların əksəriyyəti bunun yaxın gələcəkdə mümkün olmadığını iddia edirlər. Ağ Evin açıq-aşkar yalanları bu hissi gücləndirir”, - deyə Rassel qeyd edib.

Jurnalist məqaləsində Trampın komandasının üzvlərindən biri ilə söhbətə istinad edib. Mənbə bildirib ki, Tramp və köməkçiləri peşəkar güləşin pərəstişkarlarıdır və hesab edirlər ki, siyasət açıq şəkildə səhnələşdirilmiş eyni qarşıduma ruhunda oynanılmalıdır. Yəni Tramp nəsə deyir, amma hesab edir ki, başqaları onun sözlərini həmişə hərfi mənada qəbul etməməlidir.

“Onun ifadəsi: “Mən bunu dedimmi?” - oynaq şəkildə qaldırılmış qaşla indi sanki  leytmotivə çevrilib... Amma gündəlik siyasətin linqvistik sürüşkənliyi ilə tarixin təhrifi arasında uçurum var”, - deyə jurnalist  nəzərə çatdırıb.

Müəllif belə siyasətin təhlükəsini belə izah edib: Tramp hər dəfə Ukrayna müharibəsi ilə bağlı yalan danışanda Amerikada onun (Ukraynanın – red.) müharibədə iştirak tarixi ilə bağlı daha çox şübhə səpir və Ukrayna haqqında qanuni sualları Rusiyanın tezisləri ilə daha da qarışdırır.

Köşə yazarının fikrincə, Tramp faktlara məhəl qoymamaq və əsas diqqəti uydurma “gözəl” gələcəyə yönəltmək yolunu seçib.

Xatirə SADİQ