“ABŞ ilə əməkdaşlıq etməyə məcburuq” – Dmitri Medvedev

“Ən iri nüvə dövlətləri olan Rusiya və ABŞ dünyada sabitliyi qorumaq üçün əməkdaşlığa məhkumdur”.

Apr 29, 2025 - 15:23
“ABŞ ilə əməkdaşlıq etməyə məcburuq” – Dmitri Medvedev

SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Bilik. Birincilər” marafonunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əks halda dünya özünü tamamilə qeyri-sabit hiss edəcək.

Medvedev qeyd edib ki, Avropa İttifaqı (Aİ) hazırda sürətlə deqradasiyaya uğrayır və yaxın gələcəkdə, çətin ki, beynəlxalq arenada müstəqil şəkildə mövcud ola bilsin.

“Buna görə də ölkəmiz hazırda digər əsas tərəfdaşlarımızla birlikdə ABŞ ilə qarşılıqlı əlaqədədir. Hərçənd bu, mürəkkəb qarşılıqlı əlaqədir. Mən bundan xəbərdaram, lakin biz qlobal miqyasda heç nəyi həll etməyən, buna baxmayaraq, yanaqlarını şişirdib hər cür iyrənc işlər görən ürkək satellitlərlə deyil, onlarla qarşılıqlı əlaqədə olmalıyıq”, - Medvedev vurğulayıb.

O izah edib ki, Rusiya və ABŞ hazırda real şərait, maraqlar və imkanlar nəzərə alınmaqla ikitərəfli dialoqu praqmatik müstəviyə çıxarmaq üzərində çalışır. 

Xatirə SADİQ