Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini rəsmən tərk etdi
Bu gün Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxdığı barədə qərar qəbul edib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Macarıstan Parlamenti ICC-dən çıxmağa indicə səs verdi. Bu qərarla biz qərəzsizliyini və nüfuzunu itirmiş siyasiləşmiş qurumun bir hissəsi olmaqdan imtina edirik”, - deyə nazir vurğulayıb.
Xatirə SADİQ