Makron onu sevinclə qarşıladı
Almaniyanın yeni kansleri Fridrix Merts seçildikdən bir gün sonra Fransaya işgüzar səfər edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron Yelisey Sarayının önündə Almaniya kanslerini uzun əl sıxma və çiyninə səmimi vurmaqla qarşılayıb.
Hər iki tərəf Almaniyada hakimiyyət dəyişikliyindən sonra Fransa-Almaniya münasibətlərinə təzə hava gətirmək istəyir.
Parisdən sonra Almaniya kansleri Varşavaya yollanacaq.
“Politico” yazıb ki, Mertsin Avropa turnirinə mayın 9-da Kiyevə səfər də daxil ola bilər.
Xatirə SADİQ