RİA Novosti bu məqaləni yayıb dərhal SİLDİ - Litva ilə bağlı nə yazılmışdı?

Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Litva ilə bağlı yayımladığı müəllif yazısını bir neçə saat sonra silib.

Sep 25, 2026 - 21:24
RİA Novosti bu məqaləni yayıb dərhal SİLDİ - Litva ilə bağlı nə yazılmışdı?

SAVASHMEDIA.az xəbər verir ki, sentyabrın 25-də agentliyin saytında politoloq Aleksandr Nosoviçin “Rusiyanı daha bir xüsusi hərbi əməliyyat (SVO) gözləyir. O, çox qısa olacaq” başlıqlı yazısı dərc edilib.

Məqalədə Litvada nüvə silahının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın aradan qaldırılması ilə bağlı müzakirələrdən bəhs olunub.

Müəllif iddia edib ki, belə bir qərar Rusiya ilə Litva arasında hərbi qarşıdurmaya səbəb ola bilər. O, mümkün münaqişə zamanı Rusiyanın raket zərbələrindən, o cümlədən nüvə başlıqlı raketlərdən istifadə edə biləcəyini yazıb.

RİA Novosti yazını dərc etdikdən təxminən üç saat sonra saytdan götürüb. Agentlik materialın redaksiya siyasətinə və Rusiya dövlət siyasətinə uyğun olmadığını bildirib.

Səlcuq