Çin lideri Trampın inaqurasiyasına gəlməyəcək – “CBS News”
Çin prezidenti Si Cinpin ABŞ-nin 47-ci prezidenti olmağa hazırlaşan Donald Trampın andiçmə mərasiminə qatılmayacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Telekanal mənbələrə istinadən bildirib ki, Trampın andiçmə mərasimində Çinin ABŞ-dəki səfirinin və həyat yoldaşının iştirakı gözlənilir: “Bu, standart təcrübədir”.
Mənbələr Si Cinpinin özünün yox, Pekindən olan digər rəsmilərin də səfirlə birlikdə tədbirə qatıla biləcəyini istisna etməyib.
“CBS News” iddia edib ki, qeyri-rəsmi kanallar vasitəsilə ötürülən dəvət Pekini qəfildən “yaxalayıb”. Çünki orada ABŞ-Çin münasibətlərində ciddi protokol və mürəkkəb dinamikaya öyrəşiblər və Trampın niyyəti ilə bağlı çaşqın qalıblar.
Xatırladaq ki, Trampın Çin liderini andiçmə mərasiminə dəvət etdiyi barədə xəbəri elə “CBS News” yaymışdı.
Xatirə SADİQ