Kanadalı deputatlardan Trampın "51-ci ştat" zarafatına etiraz - “Gülməli deyil”

Kanada parlamentariləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ölkələri haqqında “51-ci ştat” zarafatına sərt münasibət bildiriblər.

Dec 13, 2024 - 13:04
Dec 13, 2024 - 13:05
Kanadalı deputatlardan Trampın "51-ci ştat" zarafatına etiraz - “Gülməli deyil”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” yazıb.

Kanada “Yaşılları”nın lideri Elizabet Mey bildirib ki, şəxsən Trampın sosial şəbəkəsini izləmir, lakin onun bu cür zarafatları gülüş doğurmur.

“Bu gülməli deyil və bunun sosial mediada davam etməsi məni getdikcə daha çox narahat edir”, - deyə mey vurğulayıb.

Mey ölkə siyasətçilərini Trampa qarşı diqqətli olmağa çağırıb. Onun fikrincə, bütün siyasətçilər birləşməli, kanadalıları istismar etmək və Kanada haqqında həqiqət olmayan şeylər söyləmək üçün əsas verməməlidir.

Qeyd edək ki, keçən ay Tramp Kanadanın “51-ci ştat” olması ilə bağlı zarafat edib, bu yaxınlarda isə süni intellekt vasitəsilə dağda Kanada bayrağının yanında dayandığını əks etdirən fotoşəkil çəkdi. 

O, Kanadanın baş naziri Castin Trüdo ilə görüşündən sonra sosial şəbəkədə onu “böyük Kanada ştatının qubernatoru” adlandırmışdı. 

Xatırladaq ki, ilk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif edirdi və o zaman bunu tamamilə ciddi şəkildə söyləyirdi. 

Xatirə SADİQ