Kreml danışıqlarda Avropanı görmək istəmir - “Qərəzlidir…”

“Rusiya və Ukrayna arasında danışıqlara Avropa balanslaşdırılmış yanaşma iddia edə bilməz, çünki Kiyevin bütövlükdə və tamamilə tərəfini tutur”.

May 13, 2025 - 14:44
Kreml danışıqlarda Avropanı görmək istəmir - “Qərəzlidir…”

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov iddia edib.

“Bütövlükdə Avropanın belə çərçivə danışıqlar prosesində iştirakından danışsaq, Avropa hər halda tamamilə Ukraynanın tərəfində olduğuna görə, heç bir şəkildə qərəzsiz yanaşmaya iddia edə bilməz. Onun yanaşması balanslı deyil. Bu, daha çox müharibəyönlüdür, müharibəni davam etdirməyə yönəlib və məsələn, Moskva və ya Vaşinqtonda nümayiş etdirilən yanaşmadan kəskin şəkildə fərqlənir”, - deyə Peskov vurğulayıb. 

Xatirə SADIQ