Ukrayna üçün Avropa Flaqman Fondu yaradılır

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Ukrayna üçün Avropa Flaqman Bərpa Fondunun yaradılmasını elan edib.

Jul 10, 2025 - 17:07
Ukrayna üçün Avropa Flaqman Fondu yaradılır

SAVASHMEDİA.az xəbər verir ki, Ursula fon der Lyayen, Romada Ukraynanın bərpasına dair konfransda çıxış edərkən bunu açıqlayıb.

“Mən bu gün bərpaya dəstək olmaq üçün dünyanın ən böyük səhm fondu olan Ukraynanın bərpası üçün Avropa Flaqman Fondunun fəaliyyətə başladığını elan etməkdən xüsusilə şadam”, - Avropa Komissiyasının prezidenti bildirib.

Fon der Lyayen əlavə edib ki, özəl sektorla birlikdə fond enerji, nəqliyyat, mühüm xammal və iktəyinatlı sahədə investisiyalara start verəcək.

“Biz, sözün əsl mənasında, özəl sektorun irimiqyaslı sərmayələrini cəlb etmək və ölkənin bərpasına kömək etmək üçün dövlət vəsaitlərindən istifadə etməklə Ukraynanın gələcəyinə sərmayə qoyuruq. Mən xüsusilə şadam və səmimi şəkildə  minnətdaram ki, biz bunu İtaliya, Almaniya, Fransa, Polşa və Avropa İnvestisiya Bankı ilə birlikdə edirik. Sadiqliyiniz üçün sizə təşəkkür edirik”, - fon der Leyen əlavə edib.

Xatirə SADIQ