Rusiya təbliğat maşını Trampı hədəfə aldı

ABŞ Prezidenti Donald Trampın Vladimir Putinlə bağlı sərt bəyanatlarından sonra Rusiya təbliğat maşınının Tramp haqqında davranışının tonu dəyişib. 

Jul 10, 2025 - 17:14
Rusiya təbliğat maşını Trampı hədəfə aldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb. 

Trampa ilk hücum edən təbliğatçı Vladimir Solovyov oldu, O, öz verilişində Amerika prezidentinin bəyanatlarından dərhal sonra Trampın "Bidenizasiyası" haqqında danışmağa başladı.

“Tramp hesab edir ki, o, çardır? Nədənsə ədəbsizcəsinə danışmağa başlayıb. Gözümüzün qabağında Trampın baydenləşdirilməsi baş verir. Tramp “Putinlə danışa bilən yeganə mənəm” mövqeyindən Baydenin başqa versiyasına çevrilir. Və bununla o hesab edir ki, bizə nə edəcəyimizə göstəriş verəcək, biz isə itaət edəcəyik?”, - Solovyov bildirib. 

Onun ardınca təbliğatçı Olqa Skabeyeva amerikalı prezidenti tənqid etməyə çalışıb. Çərşənbə günü “60 dəqiqə” şousunun efirində o, guya yeni “Vaşinqton təlimatları” haqqında danışmağa başlayıb.

“Tarix sanki təkrarlanır: amerikalılar Səddam Hüseyn rejimini bakterioloji silah hazırlamaqda ittiham edirdilər və bu, tarixə “Kolin Pauellin sınaq şüşəsi” kimi düşüb. “Ratkliffin (MKİ direktoru – red.) sınaq şüşəsi”nin peyda olub-olmayacağı məlum deyil”, - Skabeyeva vurğulayıb. 

“Rossiya 1” kanalında yayımlanan “Vesti” proqramında isə bildirilib ki, guya ABŞ prezidenti “Ukraynadakı münaqişədə hər şeyin onun ssenarisi üzrə getmədiyini” başa düşür.

Xatirə SADIQ