"Netanyahu müharibə istəyir? Buyursun, dəstəkləyirəm" - Tramp
ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında müharibəni davam etdirmək niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp onun bu qərarını dəstəklədiyini bildirib.
"Fələstin hərəkatı girov Şiri Bibasın cəsədini İsrailə qaytara bilmədikdən sonra Netanyahunun HƏMAS ilə razılaşmanı pozmaq istəməsi normaldır. Kfir və Ariel Bibasın qətli müasir dünyada inanmaq çətin olan vəhşilikdir. Odur ki, Netanyahu Qəzzada baş verənlərə qəzəblidir və onun qəzəblənməyə haqqı var", - Tramp bildirib.
Tramp əlavə edib ki, girovların bəzilərinin vəziyyəti çox pis idi və Almaniyadakı həbs düşərgəsindən təzəcə çıxmış kimi görünürdülər.
ABŞ prezidenti Qəzza zolağının sakinlərini köçürmək planına da qayıdıb: “Biz onlara hər il milyardlarla dollar verdiyimiz halda, İordaniya və Misirin bu planı müsbət qarşılamaması məni təəccübləndirdi”.
Oğuz