“Çox məyusam, heç bir illüziya...” - Olaf Şoltsdan Putinə daha bir addım
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Zeit” məlumat yayıb.
Bununla belə, Şolts etiraf edib ki, Rusiya lideri ilə noyabrda baş tutan telefon danışığı onu məyus edib.
“Bu, məyusluq oldu, çünki o, sadəcə bütün ifadələrini təkrarlayırdı”, - Şolts vurğulayıb.
Lakin Almaniya kansleri hesab edir ki, telefon danışığı zəruridir. Çünki yalnız bu yolla Almaniyanın Ukraynaya dəstəyinin azalacağına ümid etməməsini və sülhün inkişafı üçün onun da qoşunları çıxarmalı olduğunu Putinə anlatmaq mümkündür.
“Bunu etmək lazımdır, mən də bunu edəcəyəm. Amma bizdə heç bir illüziya olmamalıdır", - Şolts xəbərdarlıq edib.
Noyabrın 15-də məlum oldu ki, Şolts son iki ildə ilk dəfə Putinlə telefonda danışıb. Dekabrın 11-də isə Macarıstanın Baş naziri Viktor Orban Rusiya lideri ilə telefonda bir saat danışıb. Bu, Orbanın Floridada Donald Trampla görüşündən sonra baş verib.
Xatirə SADİQ