Makron tələb etdi, İvanaşvili razılaşdı - Kobaxizde istefa verir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır.
SAVASHMEDİA.az gürcü KİV-ə istinadla xəbər verir ki, onun istefası Fransa prezidenti Emanuel Makronla “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili arasındakı son telefon danışığında razılaşdırılıb.
Bildirilib ki, artıq Bidzina İvanişvili müvafiq qərarı qəbul edib.
İvanişvilinin Makronla telefon danışığında Kobaxidzenin istefasını sürətləndirəcəyinə söz verib.
Oğuz