Priqojinin kürəkəni həlak olub – Ukraynada 

Rusiya şou-biznesinin tanınmış prodüsseri İosif Priqojin kürəkəninin Rusiya-Ukrayna müharibəsində həlak olduğunu təsdiqləyib. 

Aug 12, 2025 - 17:40
Priqojinin kürəkəni həlak olub – Ukraynada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Arqumenti i faktı” nəşri məlumat yayıb.

Məlum olub ki, bir ildən çoxdur ki, Ukraynada müharibəyə gedən Yevgeni Tkaçenko ilə əlaqə yoxdur.

“Onun meyiti tapılmayıb. Məhkəmə onun həlak olduğu yerinin bilindiyi barədə qərar çıxarıb. Buna görə də o, həlak olmuş elan edilib”, - deyə Priqojin nəşrə bildirib.

Yevgeni Tkaçenkonun doğmalarına göndərdiyi son ismarıc “Bu gün tapşırığa gedirik, mən hamınızı sevirəm” olub.

Nəşr yazıb ki, yazda İosif Priqojin və qızı Danai Yevgeninin sağ olduğuna ümid etsələr də, aylar ərzində kürəkən onlarla əlaqəyə çıxmayıb. Nəticədə, qızı kiçik yaşlı oğlu ilə dul qalıb.

Xatirə SADİQ