Nöqsanlara görə işdən çıxarılan rəisə daha yüksək vəzifə verildi - “Azərişıq”da nə baş verir?
Son aylar dövlət qurumlarınının belə qanunsuzluqda ittiham etdiyi Azərişq ASC-də təyinat və maaş sistemi də maraqlı “mexanizm”lə aparılır.
SAVASHMEDİA.az mia.az-a istinadla xəbər verir ki, bu günlərdə Ağsu Elektrik Şəbəkəsinin (EŞ) rəisi Müşviq Heybətov vəzifəsndən azad olunub.
İddiaya görə, onun fəaliyyətində nöqsanlar olduğundan ASC sədri Vüqar Əhmədov onu vəzifədən azad edib. Lakin maraqlı məqam budur ki, vəzfədən çıxarılan rəis işsiz qalmayıb: “O, 7 rayonu özündə birləşdirən Aran RETSİ-yə strateji vəzifə saylan Abonent şöbəsinə müdir təyin edilib”.
Məlumata əsasən, qurumda aylıq maaşla yanaşı “paket sistemi” də var və rəhbər şəxslər vəzifə statuslarına uyğun oaraq hər ay müəyyən məbləğdə konkret əlavə “paket alırlar.