DÇ-2026-ya yollanan İran futbolçularının yaxasındakı nişanın mənası nədir? - Niyə 168?

2026-cı il Dünya Çempionatında iştirak üçün Meksikaya yollanan İran futbolçularının yaxalarına taxdıqları “168” yazılmış xüsusi nişanlar medianın diqqətini çəkib.

Jun 9, 2026 - 11:02
DÇ-2026-ya yollanan İran futbolçularının yaxasındakı nişanın mənası nədir? - Niyə 168?

SAVASHMEDİA.az xəbər verir ki, həmin nişanlar bu ilin fevralında İranın Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən raket zərbəsi nəticəsində həlak olan məktəblilərin xatirəsinə həsr olunub. 

İran mənbələrinin məlumatına görə, həmin hücumlar zamanı 168 nəfər, əsasən də məktəbli qızlar həyatını itirib.

Hadisə 28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündə baş verib. İran rəsmiləri məktəbin birbaşa hədəf alındığını bildiriblər. ABŞ və İsrail isə hadisə ilə bağlı müxtəlif açıqlamalar verərək məsələni araşdırdıqlarını bəyan ediblər. BMT ekspertləri və beynəlxalq insan haqları təşkilatları məktəbə zərbənin müstəqil şəkildə araşdırılmasına çağırış ediblər.

İran millisinin futbolçuları faciə qurbanlarının xatirəsini yaşatmaq məqsədilə “168” nişanları ilə Meksikaya yollanaraq dünyaya mesaj göndəriblər. Komandanın bu addımı sosial şəbəkələrdə geniş rezonans doğurub, minlərlə istifadəçi futbolçuların jestini dəstəkləyib.

Oğuz