“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi bəlli oldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Jul 31, 2026 - 01:13
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi bəlli oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu, “köhlən atlar”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqdan sonra dəqiqləşib.

Ukrayna təmsilçisi isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK klubuna iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.