UEFA azarkeşlərə görə "Qarabağ"ı cəzalandırdı - İrqçilik ediblər

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

Nov 27, 2025 - 21:07
UEFA azarkeşlərə görə "Qarabağ"ı cəzalandırdı - İrqçilik ediblər

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. "Qarabağ" azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.