Çempionlar Liqası: Oyunların nəticələri
UEFA Çempionlar Liqasının əsas mərhələsində II tura yekun vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş təşkil olunub.
Azərbaycan çempionu "Qarabağ" Bakıda Danimarka "Kopenhagen"ini 2:0 hesabı ilə üzüb.
Turnirin son qalibi PSJ (Fransa) isə İspaniyada "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında növbəti turun oyunları oktyabrın 21-22-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
II tur
20:45 "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 2:0
20:45 "Yunion Royal" (Belçika) - "Nyukasl Yunayted" (İngiltərə) 0:4
23:00 "Barselona" (İspaniya) - PSJ (Fransa) 1:2
23:00 "Bayer Leverkuzen" (Almaniya) - PSV (Niderland) 1:1
23:00 "Borussiya Dortmund" (Almaniya) - "Atletik Bilbao" (İspaniya) - 4:1
23:00 "Napoli" (İtaliya) - "Sportinq" (Portuqaliya) 2:1
23:00 "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) 2:2
23:00 "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə) 2:2
23:00 "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) 2:0