Qurbanov matçdan sonra Juninyonu xatırladı - Məğlubiyyət şərhi

"Qarabağ"ın baş məşqçisi Avropa Liqasının 7-ci turu çərçivəsində Rumıniyanın FKSB klubu ilə oyunu (2:3) başa çatdıqdan sonra qısa açıqlama verib.

Jan 23, 2025 - 20:07
Qurbanov matçdan sonra Juninyonu xatırladı - Məğlubiyyət şərhi

SAVASHMEDİA.az xəbər verir ki, baş məşqçi nə qədər acı olsa da, nəticə ilə barışmaq lazım olduğunu deyib:

“Azarkeşlərə təşəkkür edirəm. Bütün matçlarda bizə dəstək oldular, bizə inandılar. Təəssüf ki, bu mövsüm uğur qazana bilmədik. Bu nəticəni qəbul etmək çətindir. Bu gün künc zərbələrindən üç qol buraxdıq. İki qol vurduq, daha çox qol imkanlarımız oldu, amma alınmadı. Ola bilsin ki, rəqib bu baxımdan daha hazırlıqlıdır. Mən standart vəziyyətləri nəzərdə tuturam". 

Qurbanov Juninyonun transferinin bugünkü nəticəyə mümkün təsiri barədə də danışıb:

"Daha bir oyunumuz var. Həmin matçda yaxşı nəticə əldə etmək istəyirik. Juninyonun gedişinə gəlincə, əlbəttə, bunun da təsiri var. İstənilən futbolçunun gedişi komandaya təsir edir”.