Portuqaliya millisində Ronaldoya görə NARAZILIQ – “O da hamı kimi...” + FOTOLAR
Futbol üzrə Portuqaliya milli komandasında narazılıqlar artıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb millinin futbolçusu Joao Nevesin Konqo Demokratik Respublikası ilə heç-heçə bitən matçdan sonra Kristiano Ronaldo ilə bağlı verdiyi açıqlamalar olub.
Neves açıqlamada Ronaldonun digər futbolçulardan heç nə ilə fərqlənmədiyini bildirib:
“Kristianonun bizim üçün, milli komanda üçün və futbol üçün etdiklərini yaxşı bilirik. Ancaq bu gün onun digərlərindən heç bir fərqi yoxdur. Digərlərindən fərqli deyil. O da hamımız kimi nəsə bir töhfə vermək üçün buradadır”.
Fotoda: Joao Neves
Nevesin heyətdəki istənilən futbolçunun Ronaldonun etdiklərini edə biləcəyini və digərlərindən heç bir fərqinin olmadığını deməsindən sonra narazılıqlar yaranıb. Neves sosial media hesablarında təhqir olunub. Bundan sonra milli komanda yoldaşı Bruno Fernandes də Nevesə dəstək verib. Fernandesin dəstəyi Portuqaliya millisinin heyətini iki yerə bölüb. Ciddi fikir ayrılıqları yaranan Portuqaliya millisinin qarşıdakı iki matçda uğur qazanmasının mümkün olmadığı bildirilib.
Fotoda: Bruno Fernandes
Xatırladaq ki, Dünya Çempionatının K qrupunda mübarizə aparan Portuqaliya millisi ilk matçında Konqo ilə mübarizədən 1 xalla ayrılıb. Milli bundan sonrakı iki oyununu Özbəkistan və Kolumbiyaya qarşı keçirəcək. Portuqaliya millisi Dünya Çempionatı başlamazdan əvvəl favoritlərdən hesab olunurdu.
Banu