Kərəm "Qalatasaray"a niyə qəzəblidir, illər öncə aralarında nə yaşanıb? - İLGİNC FAKTLAR

Kərəm Aktürkoğlunun "Fənərbağça" klubuna transferi onu keçmiş komandası "Qalatasaray"ın arzuolunmaz şəxsinə çevirib.

Sep 1, 2025 - 22:21
Kərəm "Qalatasaray"a niyə qəzəblidir, illər öncə aralarında nə yaşanıb? - İLGİNC FAKTLAR

SAVASHMEDİA.az-ın xəbərinə görə, "Benfika"dan "Fənərbağça"ya transferi rəsmiləşdikdən sonra "Qalatasaray" rəhbərliyi və camiəsinin futbolçuya mənfi münasibəti aşıq formaya keçib.

Həm Kərəm Aktürkoğlu, həm də "Qalatasaray" tərəfi sosial şəbəkələrdə qarşılıqlı olaraq bir-birlərini izləmədən çıxarıblar.

Onun İstanbula enər-enməz "Türkiyənin ən böyük və ən şərəfli komandasına gəlmişəm" sözləri isə təsadüfi sayıla bilməz, bunun adı qəzəbdir, bunun adı üsyandır.

Kərəm Aktürkoğlunun bir vaxtlar formasını geyindiyi komandaya qarşı bu qədər qəzəbi isə səbəbsiz deyilmiş.  

Nə baş verib?

Kərəm Aktürkoğlunun "Qalatasaray"dan ayrılması ərəfəsində və ondan sonra baş verənlərə nəzər salmaq bugünkü konfliktin səbəblərinə işıq tutmaq baxımından vacibdir. Bəzi hadisələr və açıqlamalar "Qalatasaray"ın Kərəmi küsdürdüyünü düşünmək üçün əsaslar verir. 

Kərəmi "Qalatasaray"dan küsdürən səbəblər

- Azarkeşlərin tənqidləri və reaksiyaları

Kərəm son mövsümündə bəzi oyunlarda aşağı performans göstərdiyinə görə azarkeşlərdən və sosial mediadan çoxlu tənqidlər, bəzən isə təhqirlər eşidirdi.

Bütün bunlar Kərəmi təsirləndirir və komanda ilə bağının qopmasına səbəb olurdu.

- Okan  Burukla soyuqluq

"Qalatasaray"da uzun müddət oynamasına baxmayaraq, Kərəm heç vaxt layiq olduğu münasibəti görməyib.

Məsələn, baş məşqçi Okan Burukun bəzi oyunlarda onu erkən əvəz etməsi və tənqid hədəfi kimi göstərməsi onun motivasiya itkisinə səbəb olub.

- Kapitanlıq məsələsi

O zaman bəziləri Kərəmin kapitan olmasını istəsə də, "Qalatasaray" rəhbərliyi onu heç vaxt bu ünvana layiq görmədi. İddialara görə, belə münasibət Kərəmi depressiyaya salır və komanda yoldaşları ilə münasibətdə gərginliyə gətirib çıxarırdı.

- Komanda yoldaşları ilə məsafə

Son dövrlərdə Keremin komanda daxilində bəzi futbolçularla emosional uzaqlıq yaşadığı müşahidə edilib.

"Benfika"ya transferdən sonra bir çox "Qalatasaray" futbolçusunun onu sosial şəbəkədə izləmədən çıxması, əvvəlcədən münasibətlərdə soyuqluq olduğunu təsdiqləyir.

...Və Kərəmin həmin cümləsi

Kərəm Aktürkoğlu "Qalatasaray"dan ayrıldıqdan sonra işlətdiyi bir ifadə də olduqca diqqətçəkəndir:

“Elə şeylər var ki, zamanla danışılar".

Oğuz