Azərbaycanda məşhur aktrisa qəzaya düşdü - FOTOLAR
Tanınmış aktrisa Rumiyə Ağayevanın avtomobili ilə qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, R.Ağayeva bu barədə özü məlumat yayıb.
Aktrisa bildirib ki, hadisə Bakıda, Zorge parkı yaxınlığında baş verib.
Onun sözlərinə görə, taksi sürücüsü "Yol ver" nişanını pozub və nəticədə qəzaya səbəb olub. Taksi sürücüsünün sığortası olmadığına görə məsələ daha qəliz hal alıb.
Sürücü isə əvvəlcə zərəri ödəyəcəyinə dair söz versə də, sonradan verdiyi sözdən dönüb.
Rumiya Ağayeva qeyd edib ki, məsələnin həlli üçün məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, aktrisa R.Ağayeva "Alatava" serialında "Emma" rolunu canlandırıb.
Banu
Fotoda: Rumiyə Ağayeva