Rusiyada azərbaycanlı diaspor nümayəndəsi saxlanıldı

Rusiyada azərbaycanlı diaspor nümayəndəsi Şahlar Novruzov həbs edilib.

Sep 1, 2025 - 22:53
Rusiyada azərbaycanlı diaspor nümayəndəsi saxlanıldı

SAVASHMEDİA.az xəbər verir ki, Novruzov Kubanda tanınmış biznesmenlərdəndir, Tuapse-də yükləmə terminalının və Krasnodar şəhərindəki “Köhnə Bakı” restoranının sahibidir.

Rusiya KİV-lərinin məlumatına görə, Novruzov 919 milyon rubl dəyərində əmlakı ələ keçirməyə cəhd etməkdə ittiham olunur və cinayət işi üzrə əsas fiqurant hesab edilir.