Putin Əliyevlə buna görə görüşmək istəmədi - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Çindəki sammitdə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşmək istəməyibsə, bundan çıxan nəticə odur ki, o, Azərbaycanla münasibətlərin normallaşmasına hazır deyil.

Sep 1, 2025 - 23:20
Putin Əliyevlə buna görə görüşmək istəmədi - AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O vurğulayıb ki, İlham Əliyevin Vladimir Putindən gözləntisi raketlə vurulan təyyarəyə görə gərəkli addımların atılmasıdır:

"Putin mövzuyla bağlı açıqlama vermək istəmədiyinə görə İlham Əliyevlə görüşməyib. Bu isə o deməkdir ki, iki ölkə arasında gərgin münasibətlər hələ bir müddət də davam edəcək".