Kerem Aktürkoğlu 9 nömrəli formanı istədi
Kerem Aktürkoğlunun “Fənərbağça”ya transferi rəsmən açıqlanıb.
SAVASHMEDİA.az fanat.az-a istinadla xəbər verir ki, futbolçu klub rəhbərliyindən 9 nömrəli formanı istəyib.
Hazırda 9 nömrə boşdur, lakin İstanbul təmsilçisinin rəhbərliyi bu qərar barədə tərəddüd edir.
Bu barədə məlumatı "TRT Spor" yayıb.
Maraqlı məqam isə braziliyalı futbolçu Fredin jesti olub.
O, 7 nömrəli formanı Keremə verməyi təklif edib. Bu addım komanda daxilində müsbət qarşılanıb.
Futbolçunun hansı nömrəli formanı tərlədəcəyi yaxın günlərdə müəyyənləşəcək.