"Sizinlə gələ bilməyəcəyəm, ABŞ-də qalmalıyam" - Messi Argentinaya qayıtmadı

2026-cı il Dünya Çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olan Argentina millisinin kapitanı Lionel Messi komandası ilə birlikdə Argentinaya qayıtmayıb.

Jul 21, 2026 - 00:12
"Sizinlə gələ bilməyəcəyəm, ABŞ-də qalmalıyam" - Messi Argentinaya qayıtmadı

SAVASHMEDİA.az xəbər verir ki, Lionel Messi komanda yoldaşlarına "mən ABŞ-də qalacağam" deyərək Argentinaya dönməyəcəyini bildirib. 

Qeyd olunur ki, futbolçunun bu qərarı şəxsi planları ilə bağlıdır.

Rəsmi mənbələrdə Messinin milli komanda ilə hər hansı fikir ayrılığı yaşadığı və ya qalmaqal səbəbindən Argentinaya dönmədiyi barədə məlumat yoxdur.

Səlcuq