"İmişli" - "Turan Tovuz" oyununda stadiona ambulans çağırıldı
Azərbaycan Premyer Liqasının 1-ci turunun "İmişli" - "Turan Tovuz" qarşılaşmasında arzuolunmaz olay yaşanıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, oyunun sonuna yaxın "İmişli" klubunun iki futbolçusu (qapıçı Andrey Sinenka və stoper Dioqo Rollo) bir-biri ilə toqquşduqdan sonra başlarından ciddi zədə alıblar.
Həkimlərin müdaxiləsindən sonra Rollo oyunu davam etdirsə də, qapıçı oyundan çıxmaq məcburiyyətində qalıb.
Final fitindən sonra isə hər iki futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: