"Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək - UEFA Çempionlar Liqası
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Uelsin TNS klubu Bakıya azarkeşsiz gələcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
"TNS Bakıya iyulun 5-də, axşam saatlarında gələcək. Uelsdən azarkeşlərin gəlməsi gözlənilmir", - klub rəsmisi vurğulayıb.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.