Erlinq Haaland bu türk mahnısına qulaq asdı, gündəm oldu - VİDEO

“Mançester Siti”nin və Norveç millisinin ulduz futbolçusu Erlinq Haaland sosial media paylaşımı ilə Türkiyədə gündəm olub.

Sep 23, 2026 - 00:44
Erlinq Haaland bu türk mahnısına qulaq asdı, gündəm oldu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Haaland Uber taksisində türkiyəli reper Lvbel C5-in məşhur “TAK TAK TAK” mahnısını dinlədiyi anları sosial media hesabında paylaşıb.

Norveçli hücumçu paylaşımına “Uber sürücüsü bir neçə yaxşı türk mahnısı ilə coşur” qeydini əlavə edib.

Haalandın milyonlarla izləyicisi olan sosial media hesabında yayımladığı görüntülər qısa müddətdə böyük maraq doğurub.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)