"Real" futbolçusuna 1 milyard qiymət qoydu

"Real"ın futbolçusu Raul Asensio ilə imzalayacağı yeni müqavilənin detalları ortaya çıxıb.

Jun 14, 2025 - 16:28
"Real" futbolçusuna 1 milyard qiymət qoydu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Madrid təmsilçisi 22 yaşlı müddafiəçi ilə 6 illik müqavilə bağlayacaq. Müqavilədə 1 milyard avroluq satın alma maddəsi də yer alacaq. 

Asensionun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsüm La Liqada 23 oyun keçirib və 1 məhsuldar ötürmə verib.