Mbappenin başı dərddə – Özü təkzib edir, İsveç prokurorluğu isə...

Məşhur fransalı futbolçu Kilian Mbappe cinsi təcavüz ittihamı ilə istintaqa cəlb edilib.

Oct 15, 2024 - 17:24
Mbappenin başı dərddə – Özü təkzib edir, İsveç prokurorluğu isə...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Expressen” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, prokurorluq artıq məsələni araşdırmağa başlayıb.

Nəşr yazıb ki, futbolçu ötən həftə İsveçin paytaxtına gözlənilməz səfər edib və cümə axşamı günü səhərə qədər onu Stokholmun mərkəzində əylənən görüblər. “Real Madrid”in 25 yaşlı forvardı yaxınlıqdakı V adlı gecə klubuna getməkdən əvvəl Stokholmun dəbdəbəli Östermalm rayonundakı “Chez Jolie” restoranında nahar edib.

Polisin hesabatına istinadən mənbə bildirib ki, iddia edilən cinsi təcavüz cümə axşamı – oktyabrın 10-da baş verib. İki gündən sonra polisə cinayət barədə şikayət daxil olub. Polisin nümayəndəsi Daniel Vikdalın sözlərinə görə, prokuror hazırda bu işlə məşğul olur.

İsveçin “Aftonbladet” qəzeti yazıb ki, ehtimala görə, cinsi təcavüz Mbappenin qaldığı oteldə baş verib. Məhz bu qəzet zorlama ittihamları barədə ilk dəfə xəbər yayıb.

Dünən Mbappe bu cinayətlə bağlı iddiaları təkzib edib.

Xatirə SADİQ